Bu il ölkəmizə 80 min avtomobil idxal ediləcək

Bu il ölkəmizə 80 min avtomobil idxal ediləcək
2021-ci ilin birinci yarısında Azərbaycana idxal edilən avtomobillərin sayı 40 min ədədə, avtomobillərin idxalı üçün xərclənən vəsait 400 milyon dollara çatıb.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, birinci rüblə müqayisədə ilin ikinci rübündə avtomobil idxalında artım qeydə alınıb.


Birinci rübdə Azərbaycana 15539 ədəd avtomobil idxal edilmişdi. İkinci rübdə idxal sayı 8,6 min və ya 55,4 faiz artaraq 24104-ə yüksəlib. Ortaaylıq idxal birinci rübdə 5179 ədəd olduğu halda, ikinci rübdə 8034 ədədə yüksəlib.

 

Əgər mövcud idxal dinamikası qalarsa, ilin yekununda ölkəmizə avtomobil idxalının sayı 80 min ədədə çatacaq və idxala xərclənən pul 800 milyon dollar səviyyəsində olacaq.

 

Avtomobil idxalındakı artım əsasən minik avtomobillərinin idxalının artması hesabına baş verir. İlin birinci yarısında idxal edilən avtomobillərin 36741 ədədi, yəni 92,7 faizi minik avtomobili olub. Minik avtomobillərinin idxalına 345,4 milyon dollar xərclənib. Mövcud dinamika ilə ilin yekununda minik avtomobillərinin idxal sayı 70 min ədədi ötəcək.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...