Bu il Nar bayramı keçiriləcək? – AÇIQLAMA

Bu il Nar bayramı keçiriləcək? – AÇIQLAMA
Hər il noyabr ayının ilk on günlüyündə Göyçayda təşkil olunan Nar bayramı bu il keçirilməyəcək.

Bu barədə Sfera.az-a Göyçay rayon İcra Hakimiyyətindən məlumat verilib. Rayon rəhbərliyi insanları diqqətlə olmağa çağırıb.
 
Belə ki, bəzi tur şirkətləri noyabr ayı üçün Nar bayramına iki günlük tur paketləri təklif edərək, insanları aldatmaqla məşğuldur. İcra nümayəndəliyi insanları bu kimi təkliflərə inanmamağa və diqqətli olmağa çağırıb.

Qeyd edək ki, keçən il Azərbaycanın rəsmi olaraq 14-cü mədəni elementi olan "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”ni UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR