No Image
No Image

Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılır

Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılır
Azərbaycanda bu gündən vaksinasiyaya başlanılır.

Sfera.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində "Sinovac” şirkətinin 2 milyon doza "CoronaVac” vaksini alacaq. Eyni zamanda "Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə "Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. "Sinovac” şirkətinin "CoronaVac” vaksini 91.25 faiz effektivdir.

COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları və vaksinasiya mərhələləri müvafiq olaraq aşağıdakı kimidir:

1-ci mərhələ

- Səhiyyə işçiləri;

- 65 yaşdan yuxarı şəxslər;

- Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələ

- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər. 

Qeyd edək ki, vaksinasiyanın ikinci mərhələsinə fevralın 1-dən başlanılacaq. 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident ailəsi ilə çərşənbəni belə qeyd etdi - FOTOLAR

Prezident İlham Əliyev ailəsi ilə birgə "Od çərşənbəsi”ni qeyd edib. Sfera.az xəbər verir ki, Prezident və ailəsi bayramı tonqal qalayaraq keçiriblər...

Keçmiş deputat DTX-da ifadə verdi

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli qalmaqallı "Baku Steel Company” işi ilə bağlı ifadə verib. Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə...

Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvaf...

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlanıb. Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən  bildirilib ki, Azərbaycanda Ramaza...

Hansı ölkədən hansı silahları ala bilərik? – Ekspert növbəti müharibə hazırlığını vacib sayır

"Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq bütün istiqamətlər üzrə formalaşıb və bu gün də inkişaf tempi üzrə davam edir. Hərbi tədrisdən başlamış Sila...

Azərbaycanda bütün təhsil müəssisələri yenidən bağlanır? - Yayılan xəbərlərə Təhsil Nazirliyindən REAKSİYA

Təhsil Nazirliyi məktəblərin bağlanma xəbərinə reaksiya verib.   Sfera.az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət...