Bu gün İstanbulda Türk Şurası dövlət başçılarının Zirvə Toplantısı keçiriləcək

Bu gün İstanbulda Türk Şurası dövlət başçılarının Zirvə Toplantısı keçiriləcək
Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı keçiriləcək.

Sfera.az xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edəcək.

"Elektron dövrdə "Yaşıl texnologiyalar” və Ağıllı şəhərlər” mövzusunda təşkil olunan toplantıda liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə edəcəklər.

Tədbir çərçivəsində təşkilata sədrliyin Azərbaycandan Türkiyəyə təhvil verilməsi, həmçinin, Türkmənistanın müşahidəçi statusunda Şuraya qatılması gözlənilir.

OXŞAR XƏBƏRLƏR