Bu gün Hikmət Hacıyevin doğum günüdür

Bu gün Hikmət Hacıyevin doğum günüdür
Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin doğum günüdür.

Sfera.az  xəbər verir ki, onun 42 yaşı tamam olur.

Qeyd edək ki, H.Hacıyev 15 oktyabr 1979-cu ildə Gəncə şəhərində anadan olub. O, Gəncədəki 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrində tam ali təhsil alıb.

H.Hacıyev NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal Mərkəzi və Belçikanın ULB Universitetinin magistr pilləsinin məzunudur.

H.Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi ‎sistemində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveyt və Misirdəki səfirliklərində çalışıb.

H.Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat ‎xidmətinin rəhbəri vəzifəsində işləyib. O, "Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub.

29 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Rus, türk, ingilis və fransız dillərini bilir. Ailəlidir, iki övladı var.



OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...