\"Bu gün Azərbaycan-Ermənistan arasında həm də virtual aləmdə informasiya müharibəsi gedir\"- Deputat

\
 

Xəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ermənistan tərəfinin törətdiyi təxribat nətıcəsındə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4-ü isə yaralanıb. Bu gün Ermənistan dövləti cəbhə ilə yanaşı sosial şəbəkələrdə təxribatlar törədir. Onlar Azərbaycan dilində saxta profillər açaraq guya şəhid sayının gizlədilməsi ilə bağlı yalan məlumatlar yayırlar. Onlar bizimlə heç bir əlaqəsi olmayan və köhnə foto, video yayaraq əhali arasında təşviş yaratmaq istəyirlər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, bu gün Azərbaycan-Ermənistan arasında mübarizə təkcə təmas xəttində getmir: "Eyni zamanda virtual aləmdə informasiya müharibəsi fonunda davam edir. Ermənilərin sosial şəbəkələr üzərindən Azərbaycana yalan informasiya həmləsini etməsi gözlənilən idi. Bu məsələdə vətəndaşlarımız diqqətli olmalıdır. Mən və digər millət vəkilləri dəfələrlə çağırış etmişik ki, yalnız Müdafiə Nazirliyin verdiyi məlumatlara inanıb, xəbərləri mənbədən oxusunlar. Bu gün elə bir dövrdür ki, müvafiq videoları ofis şəraitində çəkərək yalan məlumatlar yaymaq olar. Ermənilər yalan məlumatları və saxta videoları yayaraq insanlarımızı çaşdırmağa çalışırlar. Lakin unudurlar ki, heç bir yolla Azərbaycan əhalisində olan döyüş və milli vətənpərvərlik ruhuna təsir edə bilməzlər. Amma istənilən halda insanlarımız yayılan yalan məlumatlara inanmasınlar. Bu məlumatlar düşmən təxribatının bir hissəsidir. İnsanlarımız bilmədən bu təxribatların bir hissəsinə çevrilməməsi üçün yalnız rəsmi məlumatlar, foto və videoları yaysınlar".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...