\"Bu, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən məsələdir\" - Ekspert

\
OPEK və kartelə üzv olmayan neft ölkələri bu gün Vyanada işini tamamlayan növbəti sammitdə neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı ildə qəbul edilmiş anlaşmanı daha 9 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

Qərarın uzadılmasını Sfera.az-a şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban bildirib ki, bu bazar üçün pozitiv siqnaldır.
 


Ekspertin fikrincə, əvvəlki razılaşmanın 6 aylıq müddəti hələ bitməsə də, bu, neft iştirakçıları üçün əlavə stimuldur:
"Bu müddət ərzində neftin qiyməti yenidən 55-60 diapazonuna keçə bilər. Qarşıdan yay mövsümü gəlir, bu mövsümdə neftin qiyməti yüksək olmur. Ümid edək ki, neft 55 dollar ətrafında cərəyan edəcək.  
Bu, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən məsələdir. Ona görə ki, 2017-ci ildə Azərbaycanda neft hasilatının 1 mln tondan çox azalması proqnoz edilir və 4 ayın yekunlarına görə azalma 9,5% artıq olub. Azərbaycanın hazırda ixracında xam nefdən gələn gəlirlər 76% təşkil edir. Neft qiymətləri həmçinin neft məhsullarının və təbii qazın qiymətinə də bilavasitə təsir göstərir. Onları da nəzərə alsaq, 2017-ci ilin 4 ayında enerji daşıyıcılarının ixracda payı 88%-dən çox olub. Ona görə də neftin qiymətinin bu ilki artımının onun azalan həcmlərinin kompensasiya edilməsində xüsusi rolu olmalıdır.  Çünki ötən il Neft Fonduna 5,8 milyard dolar gəlir əldə etmişdiksə, bu il Azəri- Çıraq-Günəşlidən hasilatın azalması fonunda yenə həmin dəyərdə gəlir əldə edə bilək. Neft qiymətlərinin artımı, iqtisadiyyatı neftdən asılı olan Azərbaycan üçün çox əhəmiyyətli bir amildir". 

Qeyd edək ki, ilin əvvəlindən qüvvədə olan hazırkı anlaşmanın müddəti iyunun 30-da bitir. Bu açıqlama neft bazarında mənfi qarşılanıb. Hazırda "Brent" markalı neftin qiyməti dünənə nisbətən 1,3% azalaraq 53,25 dollar/barrelə düşüb. Neft bazarı iştirakçıları hasilatın azaldılması kvotasının artırılmasını gözləsə də, iclasda bu məsələ müzakirə olunmayıb.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 mln. barrel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaq barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Yanvar ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə isə 781,1 min barrel olub.  
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...