Bu adam qeyri-peşəkardır – EKSPERT NAZİRİ VƏ MÜAVİNİNİ TƏNQİD ETDİ

Bu adam qeyri-peşəkardır – EKSPERT NAZİRİ VƏ MÜAVİNİNİ TƏNQİD ETDİ
 

"Belə əsassız bəyanatlar vermək nazir müavininə və nazirin özünə yaraşan iş deyil”.


Sfera.az-a açıqlamasında bu sözləri soğanın qiymətinin baha olmadığını bildirən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov deyib:

 

"İlham Quliyev yaxşı olardı ki, bunu deməzdən əvvəl soğanın maya dəyərinin necə formalaşdığını, hansı regionda neçəyə başa gəldiyini söyləyəydi. Təxminən 2 ay öncə soğan təxminən 2 manata satılırdı. O, gərək həmin zaman da qiymətin nədən belə yüksək olmasını açıqlayardı. Əslində nazir müavini olan İlham Quliyevin belə söz deməsi ondan xəbər verir ki, bu adam qeyri-peşəkardır. Hesab edirəm ki, belə əsassız bəyanatlar vermək, ümumi sözlərlə əhalini sakitləşdirmək kənd təsərrüfatı nazirinin müavininə və yaxud özünə yaraşan iş deyil. Onlar yerlərdə olmalı, hər bir məhsulun may dəyərilə bağlı yerindəcə məlumat əldə etməlidirlər”.

 

Qeyd edək ki, soğanın qiymətinin artması fonunda jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bunun əksini söyləyib: "Soğanın qiyməti heç də baha deyil. Bu məhsul, demək olar ki, real dəyərinə - ona çəkilmiş xərcə uyğun qiymətə satılır”.

 

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR