Britaniyada 8 evi olan xarici mafioza qarşı “Zamirə qanunu” tətbiq edildi

Britaniyada 8 evi olan xarici mafioza qarşı “Zamirə qanunu” tətbiq edildi
 

Britaniya polisi ötən gün iyulun 18-də bəyan edib ki, silahlı soyğunçuluq və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan bandalarla əlaqələrdə şübhəli bilinən xarici biznesmenin əmlakının dondurulmasına qərar verilib. Virtualaz.org xəbər verir ki, həmin biznesmenin adı açıqlanmır.

Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyin bəyanatında deyilir ki, həmin biznesmen barəsində İzahedilməz Sərvətlər Qanunu (UWO) çərçivəsində sorğu alıb. Həmin sorğuya əsasən biznesmen 12.5 milyon dollar dəyərində daşınmaz əmlak imperiyasının mənbəyini açıqlamalıdır. Çünki pulların cinayət yolu ilə əldə edildiyi haqda şübhələr var.

Aktivlərin dondurulması haqda soruğu o deməkdir ki, həmin biznesmenin Böyük Britaniya boyu əldə etdiyi daşınmaz əmlak obyektləri polisin araşdırmasının başa çatdırılmasına qədər satıla və başqasına verilə bilməz.

 

"Reuters” agentliyi qeyd edir ki, UWO əsasən korrupsiyaya bulaşmış xarici məmurlar və onların ailə üzvlərinin Britaniyada əldə etdikləri sərvətin mənbəyini açıqlamağa məcbur etmək üçün qəbul edilib. Məqsəd Böyük Britaniyaya çirkli pulların axınını dayandırmaqdır. Həmin qanun ötən il ilk dəfə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacəyevaya qarşı tətbiq olunub. Onun on milyonlarla funt dəyərində aktivlərinə həbs qoyulub. Hazırda Londonda Z.Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilir.

"Bu sorğular Böyük Britaniya daxilində dövr edən və ölkəyə xaricdən daxil olan  qanunsuz maliyyənin mənbəyini araşdırmaq üçün güclü alətdir”,-Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyin (NCA) bölmə rəhbəri Endi Lyuis bildirib.


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...