“Brent” markalı neftin qiyməti ən yüksək səviyyəyə çatdı

“Brent” markalı neftin qiyməti ən yüksək səviyyəyə çatdı
Dünya bazarlarında "Brent” markalı neftin qiyməti 1%-dən daha artıq bahalaşıb və 2018-ci ilin noyabrında qeydə alınmış 79 ABŞ dolları səviyyəsini ötüb.

Sfera.az  "Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08.52-yə olan məlumata görə, Şimal dənizində hasil olunan "Brent” neftinin dekabr fyuçersləri 1,14% bahalaşaraq, 1 bareli 78,11 ABŞ dollarına satılıb. "Brent” neftinin noyabr fyuçerslərinin qiyməti isə 1,2% artıb və 1 bareli 79,03 ABŞ dolları təşkil edib. Gün ərzində qiymət 79,52 ABŞ dollarına çatıb.

WTI neftinin noyabr fyuçerslərinin qiyməti 1,23% bahalaşaraq, 1 bareli 74,89 ABŞ dolları təşkil edib.

Qiymət artımı dünyada xammala olan tələbin yaxşılaşması perspektivləri ilə bağlıdır. Bununla yanaşı, dünyada neft ehtiyatlarının azalması da qiymət artımına şərait yaradıb.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...