Bred Pittdən gözlənilməz etiraf: Reallıqdan qaçmağa çalışdığım üçün içirdim

Bred Pittdən gözlənilməz etiraf: Reallıqdan qaçmağa çalışdığım üçün içirdim

Dünya şöhrətli aktyor Bred Pitt Entoni Hopkinsə alkoqol asılılığından və əfv etmək barədə danışıb.

55 yaşlı aktyor "İnterview” jurnalına verdiyi müsahibədə bu mövzulara toxunub.

Hopkins, şayiələrə görə, Bredin alkoqolizmdən əziyyət çəkdiyini söylədikdə, reallıqdan qaçmaq üçün bir yol gördüyünü etiraf edib.

 

"Bunu etməklə hər şeydən qaçmağa çalışaraq özümə zərər verdim”, - Pitt deyib.

Aktyorun sözlərinə görə, səhvlərini etiraf etməkdə o, xüsusi cəsarət və gözəllik görür:

"İndi biz hər kəsin başqalarını mühakimə etdiyi bir dünyada yaşayırıq. Biz həmişə səhvlərə çox diqqət yetirirdik, amma insanın səhvlərini düzəltdikdən sonra nə etməsi daha vacibdir. Məhz bu barədə onun haqqında çox şey deyilir.

Hamımız yanılırıq. Bəs bundan sonra nə edəcəyik? Bu, heç kəsi narahat etmir, baxmayaraq ki, mənim üçün insanın növbəti addımı səhvindən daha maraqlıdır."


OXŞAR XƏBƏRLƏR