BP: "Azərbaycan hökuməti çətinliklərin öhdəsindən gələ biləcək"

BP:

Dəyəri 45 milyard dollar olan "Cənub Qaz Dəhlizi" layihəsi BP-nin tarixində və ümumilikdə qlobal neft-qaz sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir.

Sfera.az APA-ya istinadən bildirir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib.
 
O qeyd edib ki, layihənin həyata keçirilməsi Avropanın yeni enerji mənbəyi qazanmasına səbəb olacaq, şaxələndirməyə, qarşılıqlı əlaqələrə imkan yaradacaq, yüz minlərlə adamı sərfəli enerji ilə təmin edəcək, dəhliz boyunca yerləşən ölkələrdə yeni texnologiyaların, iş yerlərinin yaranmasına və investisiyaların artmasına gətirib çıxaracaq.
 
Q. Birrell layihənin təhlükəsizlik səviyyəsinin çox yüksək olduğunu, həmçinin layihənin icrasında Azərbaycan və Gürcüstanda 20 min nəfərin çalışdığını, işlərin plan üzrə davam etdirildiyini bildirdi. Mümkün çətinliklərə toxunan Q. Birrell Azərbaycan hökumətinin, tərəfdaşların, "Cənub Qaz Dəhlizi" boyunca yerləşən ölkələrin hökumətləri ilə birlikdə bu çətinliklərin öhdəsindən gələ biləcəklərinə əminliyini ifadə edib.


OXŞAR XƏBƏRLƏR