Boşandığı deyilən Anar Mədətov: \"Özüm bilərəm\"

Boşandığı deyilən Anar Mədətov: \
Şou-biznesin məşhur cütlüklərindən olan prodüser Anar və Elnurə Mədətovların ayrılması ilə bağlı xəbər yayılıb.

Bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini də məhkəməyə təqdim edib.

Məlumata görə, A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə toy etməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi də baş tutub.

Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətovun buna görə atası ilə danışmadığı, hətta boşandıqdan sonra atasının soyadından imtina edib, anasının soyadına keçmək istədiyi qeyd edilir.

Anar Mədətovun  açıqlamasında məsələyə münasibəti sərt olub:

"Bu, mənim ailə işimdir, mənim həyatımdır. Necə yaşayıram, özüm bilərəm. Allah qismətimizə nə yazıbsa, o da baş verir. Mənim də həyatımda bu baş verdi, şükür edirəm. Bəlkə elə qismətimdə yazılıb ki, sabah öləcəm, haradan bilirik?”

A.Mədətov oğlunun onun soyadından imtina etməsi məsələsinə də münasibət bildirib:

"Yalan söhbətdir. Mahir heç vaxt müsahibə verməyib, o ki qala şəxsi həyatla bağlı nəsə desin. Oğlumun adından ağızlarına gələni yazmasınlar”.

Qeyd edək ki, Elnurə Mədətova da əvvəl prodüser kimi fəaliyyət göstərib. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir. Cütlüyün iki övladı var.Yenicag.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...