Boris Conson nikahdankənar övladlarının olduğunu təsdiqlədi

Boris Conson nikahdankənar övladlarının olduğunu təsdiqlədi
İngiltərənin baş naziri Boris Conson Birləşmiş Millətlər Təşkilatının 76-cı Baş Assambleyasına qatılmaq üçün getdiyi ABŞ-da NBC kanalında yayımlanan proqramlardan birinin qonağı olub. 
 
Sfera.az xəbər verir ki, proqramın aparıcısı Consondan altı uşağının olub-olmadığını soruşub. Baş nazir isə bu barədəki iddiaları təsdiq edib. Nazirin bu cavabı hər kəs üçün sürpriz olub. Çünki Boris Conson indiyədək nikahdanxaric övladının olması ilə bağlı suallardan yayınıb.

Boris Consonun keçmiş həyat yoldaşı Marina Uiler ilə nikahdankənar münasibətlərindən 4 övladı və 1 qızı var. Baş nazirin üçüncü evliliyindən 1 oğlu var və ikinci övladının da yolunu gözləyir.

İnci
Sfera.az 


OXŞAR XƏBƏRLƏR