Logo

Abşeronda şəhid Rasim Abdullayev doğum günündə anıldı - FOTOLAR

Abşeronda şəhid Rasim Abdullayev doğum günündə anıldı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Abşeron rayonunda şəhid Rasim Abdullayevin 47-ci doğum günü silsilə tədbirlərlə qeyd edilib.

Azərbaycanın zəfəri ilə başa çatmış 44 günlük Vətən Müharibəsi zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunmuş Tibb Xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun (21.02.1975-16.11.2020) anadan olmasının 47-ci ili münasibəti ilə Abşeron rayonunda Abidə Bulaq Kompleksi istifadəyə verilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

İştirakçılar daha sonra Bakı-Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində yeni inşa edilən Abidə Bulaq Kompleksinin istifadəyə verilməsində iştirak ediblər.

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən müvafiq göstəriş və tapşırıqlara uyğun olaraq kompleksin ətrafında mini park yaradılıb, ərazidə həmişəyaşıl ağac və gül kolları əkilib, müasir standartlara uyğun oturacaqlar və zibil yeşikləri quraşdırılmış, yol kənarındakı hasarların rənglənməsi həyata keçirilib və ərazidə ümumi şəkildə təmir-abadlıq işləri aparılıb.

Tədbirdə şəhid Rasim Abdullayevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılıb, məktəblilər tərəfindən vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR