Logo

Azərbaycanda son sutkada yoluxanların sayı 5000-i keçdi

Azərbaycanda son sutkada yoluxanların sayı 5000-i keçdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5223 yeni yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 663 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 627 342 nəfər müalicə olunaraq sağalıb, 8 755 nəfər vəfat edib, aktiv xəstə sayı 27 596 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 945, ötən müddət ərzində isə ümumilikdə 6 172 333 test aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR