Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı
Kateqoriya məlum deyil
Azərbaycan üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Sfera.az xəbər verir ki, Bakı şəhəri 52,9 faiz yoluxma ilə birinci sıradadır.
Paytaxtı müvafiq olaraq 12,9 faizlə Aran, 12,9 faizlə Abşeron izləyir.
Gəncə-Qazaxda 8, Şəki-Zaqatalada 3,3, Quba-Xaçmazda 3, Lənkəranda 2,8, Dağlıq Şirvanda 2,4, Yuxarı Qarabağda 1,4 faiz yoluxma qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası ən az yoluxma qeydə alınan bölgədir - 0,04 faiz.
Ölkə xarici yoluxma 0,4 faizdir.






