Logo

Azərbaycanda koronavirusa 4451 yeni yoluxma qeydə alındı, 39 nəfər vəfat etdi

Azərbaycanda koronavirusa 4451 yeni yoluxma qeydə alındı, 39 nəfər vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 451 yeni yoluxma faktı qeydə alınıb, 4 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 175 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 111 918 nəfər müalicə olunaraq sağalıb, 1 922 nəfər vəfat edib, aktiv xəstə sayı 62 034 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 059, bu günə qədər isə ümumilikdə 1 953 303 test icra olunub.

Azərbaycanda koronavirusa 4451 yeni yoluxma qeydə alındı, 39 nəfər vəfat etdi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR