Azərbaycan Beynəlxalq Bankı koronavirusla mübarizəyə 2 milyon manat vəsait ayırdı
Sfera.az xəbər verir ki, Azərbaycanın böyük kommersiya qurumlarından biri kimi Azərbaycan Beynəlxalq Bankı özü də korporativ sosial məsuliyyətindən irəli gələrək dövlətin koronavirusla mübarizəyə dəstək çağırışına qoşulub. Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon məbləğində vəsait ayırıb.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının kifayət qədər geniş coğrafiyada yayılmasını nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatı bu infeksiyanı qlobal pandemiya elan edib. Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan dövləti ardıcıl və çoxşaxəli tədbirlər həyata keçirməkdədir. Azərbaycan Beynəlxalq Bankı və digər ayrı-ayrı kommersiya qurumlarının, sahibkarlıq subyektlərinin, fərdi şəxslərin də bu çağırışa qoşularaq görülən tədbirlərə fəal dəstək verməsi, onların sosial məsuliyyətini, cəmiyyətimizdəki milli həmrəyliyi, dövlət – vətəndaş birliyini nümayiş etdirir.
Fonda Azərbaycan Beynəlxalq Bankının "Mərkəzi” filialında açılmış hesab üzrə bu rekvizitlərlə vəsait köçürmək olar: //cabmin.gov.az/az/article/752/






