Logo

Cavanşir Feyziyev ölkəni tərk edib? - “AİLƏ ÜZVLƏRİ BRİTANİYADA MƏSKUNLAŞIB”

Cavanşir Feyziyev ölkəni tərk edib? - “AİLƏ ÜZVLƏRİ BRİTANİYADA MƏSKUNLAŞIB”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oliqarx millət vəkili, "Avromed” şirkətinin sahibi Cavanşir Feyziyevlə bağlı yeni xəbər var.

Sfera.az-ın məlumatına görə, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində deputatla bağlı maraqlı faktlar ictimaləşdirib. Onun iddiasına görə, Cavanşir Feyziyev ailə üzvlərini ölkədən çıxarıb:

"Buraxılmış parlamentin oliqarx deputatı, ötən 9 il ərzində yarım milyard manatlıq tenderin şübhəli qalibi olmuş "Avromed" şirkətinin faktiki sahibi, bir də üstəlik Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevin ailə üzvləri Britaniyada məskunlaşıblar.

2019-cu ilin aprel ayında Londonda Feyziyevlə bağlı HQ18M01270 saylı məhkəmə işində qeyd olunur ki, şikayətçi Azərbaycan parlamentinin deputatıdır, ailə üzvləri - həyat yoldaşı və övladları Londonda yaşayırlar, iki uşağı burada məktəbə gedir, özü ilin əhəmiyyətli hissəsini Londonda sahib olduğu evində keçirir”.

Cavanşir Feyziyev ölkəni tərk edib? - “AİLƏ ÜZVLƏRİ BRİTANİYADA MƏSKUNLAŞIB”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR