Logo

“Yemək istəmədi, ağladı ki, yatacaq yer verin, donuram…” – Parkda yatan kimsəsiz xanımın dramı

“Yemək istəmədi, ağladı ki, yatacaq yer verin, donuram…” – Parkda yatan kimsəsiz xanımın dramı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Diqqət! Hər gün nahardan sonra "Elmlər Akademiyası” meyrostansiyasının yaxınlığındakı parkda gəzişirik. Burada diqqətimizi elə parkda da yaşayan, qalmağa yeri olmayan bir xanım cəlb etdi. Dediyinə görə, heç kimi yoxdur, ac ola biləcəyini düşünüb yemək alsaq da yemədi, ağlayaraq deyir ki, mənə yatacaq yer verin, gecələr donuram”.

Sfera.az-ın məlumatına görə bu sözləri özünün facebook hesabında Milli Elmlər Akademiyasının əməkdaşı Leyla Zeynalova yazıb.

“Yemək istəmədi, ağladı ki, yatacaq yer verin, donuram…” – Parkda yatan kimsəsiz xanımın dramı

Leyla Zeynalova narahatlığını ifadə edərək hər kəsi həmin xanıma yardımçı olmağa çağırıb: "Çox xahiş edirəm, bu xanima kömək etməyin yollarını deyin. Dövlət belə köməksiz vətəndaşlarına sahib çıxmalıdır, onu kimsəsizlər üçün sığınacağa yerləşdirmək lazımdır. Hələliksə mən əlimdən gələni edəcəm: Ya onu evimə gətirəcəm, ya da evdən yorğan aparacam ona”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR