Logo

Hərbçi oğlu Vilayət Eyvazovdan "Ay maşallah" tərifini belə qazandı - VİDEO

Hərbçi oğlu Vilayət Eyvazovdan "Ay maşallah" tərifini belə qazandı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub.

Mərasimdə maraqlı anlar yaşanıb. General-polkovnik Vilayət Eyvazovun qonaq olduğu mənzillərdən birində Daxili Qoşunların əməkdaşının azyaşlı oğlu nazirə "Üç rənqli bayraq” şeirini söyləyib:

"Bu üçrəngli bayrağım

Gözümün işığıdır.

Azadlıq yağışından

Doğan göy qurşağıdır.

Üstündəki ay-ulduz

Gəlir mənim xoşuma.

Ay üzüyə bənzəyir,

Ulduz onun qaşına.

Üçrəngli bayraq bizə

Təsəllidir, dayaqdır,

Yolumuzun üstünə

İşıq saçan mayakdır.”

Azyaşlının şeir söyləməsi Daxili İşlər nazirinin marağına səbəb olub. O, "Ay maşallah” deyərək ona təşəkkür edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR