Logo

“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir

“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada "Şişkan" ləqəbli kriminal avtoritet - Oleq Medvedyev-Şişkanov 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Sfera.az "qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Basman rayon məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, "Şişkan” Ramensk rayon deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün sifarişli qətlində ittiham edilir.

Məhkəmə iclasında kriminal avtoritet ittihamı başa düşmədiyini və qəbul etmədiyini bildirib. Şübhəlini 15 ilə qədər koloniya cəzası gözləyir.

Xatırladaq ki, bir müddət əvvəl "Ura.ru” portalı "Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun rəqibləri arasında ilk sırada "Şişkan”ın (Oleq Şişkanov) olduğunu yazmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR