Logo

Kompüter oyunları üzrə milli çempionatda şok fırıldaq: “BELƏ ALINDI DƏ...”

Kompüter oyunları üzrə milli çempionatda şok fırıldaq: “BELƏ ALINDI DƏ...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"FIFA-19 oyunu üzrə Azərbaycan Kibersport Federasiyasının təşkilatçılığı ilə baş tutan çempionatda fırıldağa əl atılıb”.

Sfera.az-ın məlumatına görə, ötən gün Kompüter Oyunları üzrə 13-cü Azərbaycan Milli Çempionatın növbəti mərhələsi qalmaqalla yadda qalıb. Belə ki, çempionatın qrup mərhələsi zamanı 2-ci qrupun iştirakçısı olan Niyazi Tahirli qrupda qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyib. Buna baxmayaraq, ötən gün baş tutmuş tədbirdə Niyazi Tahirli yenidən Göyçay təmsilçisi kimi çemionatın 1/8 mərhələsindən oyunlarını davam etdirib.

Çempionatın iştirakçıları bu anlaşılmaz məsələ haqqında təşkilatçıları xəbərdar etsələr də, təşkilatçılar tutarlı heç bir cavab verə bilməyib və sadəcə olaraq belə alındığını deməklə kifayətləniblər.

Orxan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR