Logo

Erməni "ombudsman" Bakının gücünü etiraf etdi: “Xarici şirkətlər Qarabağa gəlməkdən qorxur…”

Erməni "ombudsman" Bakının gücünü etiraf etdi: “Xarici şirkətlər Qarabağa gəlməkdən qorxur…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qondarma Dağlıq Qarabağ rejiminin ombudsmanı Artak Beqleryan Ermənistanın Milli Şurasındakı çıxışında bildirib ki, Azərbaycanın təzyiqindən çəkinən bir çox beynəlxalq şirkətlər Qarabağa gəlməkdən imtina edir.

Sfera.az-ın məlumatına görə, Beqleryan DQ-nın tanınmamasının ciddi problemlər yaratdığını ifadə edib: "Xarici şirkətlər, təşkilatlar Qarabağda layihələr həyata keçirməkdən imtina edirlər. Bunun səbəbi də Azərbaycanın etiraz reaksiyalarıdır”.

Beqleryan bilririb ki, Azərbaycan DQ-ə investisiya yatıran şirkətlərə qarşı hər cür vasitələrdən təzyiq kimi istifadə edir. O, buna misal olaraq Vardan Sermakeşin "Arçax QES” firmasının başına gələnləri nəql edib: "O, erməni əsilli İsveçrə vətəndaşıdır. Qarabağa sərmayə qoyandan sonra Azərbaycan tərəfi barəsində cinayət təqibi başladacağını bəyan etdi. Məhz bu kimi səbəblərdən bir çox şirkətlər Qarabağı tərk edib. Nəticədə Qarabağda sosial-iqtisadi vəziyyət daha da pisləşib. Bu da yoxsulluğun səviyyəsinin artmaına səbəb olur”.

Rəşad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR