Logo

Bu gün metroda dünyasını dəyişən kişinin ÖLÜM SƏBƏBİ bəlli oldu

Bu gün metroda dünyasını dəyişən kişinin ÖLÜM SƏBƏBİ bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda metroda 58 yaşlı kişinin ölüm səbəbi məlum olub.

Sfera.az bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, stansiyada dünyasını dəyişən Zaqatala rayon sakini, 1961-ci il təvəllüdlü Ömərov Hidayət Şaban oğlu ürək xəstəliyindən əziyyət çəkirmiş: "Səhər saatlarında metronun "Nərimanov" stansiyasının girişində özünü pis hiss edib. Bir neçə dəqiqədən sonra Hidayət Ömərov stansiyaya düşmək istəyərkən girişdə özünü yenidən pis hiss edib və qəfil ürəyi dayanıb".

Məlumata görə, meyit daxili müayinə olunub və onun ürək çatışmazlığından dünyasını dəyişdiyi təsdiqlənib.

Xatırladaq ki, bu gün səhər saat 08:50-də Bakı Metropoliteninin "Nərimanov" stansiyasına daxil olan sərnişin, Zaqatala rayon sakini, 1961-ci il təvəllüdlü Ömərov Hidayət Şaban oğlu stansiyanın girişində dünyasını dəyişib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR