Rusiya xüsusi xidmət orqanları Abramoviç və danışıqlardakı nümayəndələri zəhərlədi - ŞOK İDDİA
Ukraynalı iki nümayəndə və Abramoviçdə gözlərin qızarması, üz, eləcə də əl dərisinin davamlı və ağrılı sulanması, qabıqlanması kimi simptomlar yaranıb.
Zərərçəkənlərin danışıqları sabotaj etmək istəyən rusiyalı sərt xətt tərəfdarlarından şübhələndikləri deyilir.
Cənab Abramoviç və Krım tatar deputatı Rüstəm Umerov da daxil olmaqla, ukraynalı nümayəndələr o vaxtdan bəri sağalıb və artıq təhlükə altında deyillər.
Həmçinin, Abramoviçlə görüşən Ukrayna prezidenti Vladimir Zelenski xəsarət almayıb. Zelenskinin sözçüsü onlarda hər hansı zəhərlənmə şübhəsi ilə bağlı məlumatın olmadığını deyib.
Hadisəni araşdıran qərbli ekspertlər simptomların kimyəvi və ya bioloji, yaxud da elektromaqnit şüalanmasından qaynaqlandığını müəyyən etməyin çətin olduğunu bildiriblər.
Onlar həmçinin Skripal və Navalnı ilə bağlı oxşar hadisəni də xatırladıblar.






