Logo

Rusiya qoşunları Kiyevə daxil ola bilməyəcək - Ukrayna Silahlı Qüvvələri məlumat yaydı

Rusiya qoşunları Kiyevə daxil ola bilməyəcək - Ukrayna Silahlı Qüvvələri məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kiyevə aparan yollar etibarlı şəkildə "qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Xidmətinin Facebook-dakı məlumatında deyilir.

Sfera.az xəbər verir ki, Kiyevin müdafiə komandanı - Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski paytaxtın şimal-qərb hissəsində - Moşun yaşayış məntəqəsində müdafiəni yoxlayıb.

"12 gündən artıqdır ki, düşmənin bu istiqamətdə ukraynalı müdafiəçilərin müdafiəsini yarmaq cəhdi uğursuzluğa düçar olur. Burada Rusiyanın işğalçı qoşunları ilə şiddətli döyüşlər gecə-gündüz davam edir. İşğalçı texnika və canlı qüvvədə xeyli itki verir”, - məlumatda deyilir.

Ukrayna hərbçiləri ilə söhbətdən sonra Sırski qeyd edib ki, ukraynalı müdafiəçilər vətənlərini qorumağa hazırdırlar. "Paytaxta aparan yollar isə etibarlı şəkildə "qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək”, - məlumatda vurğulanıb.

Bundan başqa, ukraynalı müdafiəçilərin əhval-ruhiyyəsi də yüksək səviyyədədir. "Biz hər fürsətdə düşməni məhv edəcəyik”, - Sırski bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR