Müharibənin Ukraynaya vurduğu ziyan AÇIQLANDI
Kateqoriya məlum deyil
Ukraynaya hərbi müdaxilə ölkəyə 100 milyard dollardan çox ziyan vurub.
Sfera.az unian.net-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko bildirib.
"Rəqəm çox böyükdür, ona görə də qələbədən sonra bizi uzun bir bərpa prosesi gözləyir”, - deyə Ustenko qeyd edib.
O əlavə edib ki, Ukraynadakı müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları ərəfəsində işləyir.






