Ukrayna ordusu bu şəhəri geri aldı
Kateqoriya məlum deyil
Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, Rusiya qoşunları xeyli itki verib və şəhər Ukrayna ordusunun nəzarətindədir.:
"Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır"
Qeyd edilir ki, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən çox hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.
(qaynarinfo)






