Rusiyanın Ukraynaya hücum qərarı dəhşətli strateji səhvdir - BİRGƏ BƏYANAT
Kateqoriya məlum deyil
Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi NATO liderlərinin zirvə görüşündən sonra birgə bəyanat verilib. Bəyanatda Putinin Ukraynaya hücum qərarının qorxunc bir strateji səhv olduğu bildirilib.
Sfera.az xəbər verir ki, bəyanatda aşağıdakı bəndlər yer alıb:
Rusiyanın Ukraynaya hücum qərarı dəhşətli strateji səhvdir.
Hücumların qarşısının alınması üçün bütün lazımi tədbirləri edəcəyik.
Biz Ukrayna prezidentinin, parlamentinin və xalqının yanındayıq.
Putinin qərarına görə Rusiya uzun illər iqtisadi və siyasi baxımdan ağır bədəl ödəyəcək.
Gülər
Sfera.az






