Logo

Zakir Həsənov generalın qardaşını idarə rəisi TƏYİN ETDİ

Zakir Həsənov generalın qardaşını idarə rəisi TƏYİN ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müdafiə Nazirliyində yeni təyinat olub.

Sfera.az xəbər verir ki, bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Elnur Kazımov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, E.Kazımov Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini Rasim Kazımovun qardaşıdır.

Xatırladaq ki, sözügedən idarənin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov bir müddət öncə vəzifəsindən azad edilib.

(unikal.org)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR