İcra hakimiyyətindən qazi Zeynalov Coşqunun sosial durumu ilə bağlı AÇIQLAMA
Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad icra hakimiyyəti qazi Zeynalov Coşqun Çingiz oğlu və ailəsinin sosial durumu ilə bağlı yayılan məlumatlara münasibət bildirb.
Sfera.az xəbər verir ki, icra hakimiyyətindən verilən məlumata görə, Çingiz Təhməzov ayrı-ayrı vaxtlarda rayon icra hakimiyyətinin başçısı tərəfindən dəfələrlə qəbul edilib, həmçinin vəziyyəti nəzərə alınaraq ona bir neçə dəfə maddi yardım göstərilibdir. Oğluna isə həyətyanı torpaq sahəsi təhkim olunmuş və ilkin sənədləşmə işlərinə başlanılıb.
"Çingiz Təhməzov və hayat yoldaşı Yazgül Təhməzovanın sənədləri ƏSMM yanında Tibbi-Sosoal Ekspert komissiyasına göndərilib, özü əlillik meyarlarına uyğun gəlməmiş, lakin yoldaşına pensiya təyin olunubdur. Keçən illərdə yollarına rayon icra hakimiyyəti tərəfindən qum-çınqıl materialı tökülərək normal vəziyyətə gətirilibdir. Gələcəkdə investisiya proqramında yollarının əsaslı təmir olunması plana salınıbdır. Çingiz Təhməzovun oğlu Coşqun Zeynalov "Məşğulıluq" altsistemində işaxtaran kimi qeydiyyatdadır, lakin yalnız Cəlilabad rayon Mərkəzi Xəstəxanasında mühafizə xidmətində işlə təmin olunmaq istədiyini qeyd edib. Hələki Coşqun Zeynalova "Məşğulluq" altsistemində vakansiya bankından istəyinə uyğun iş təklif etmək mümkün olmayıb. Əlavə olaraq bildiririk ki, vətəndaş Çingiz Təhməzov özü ötən ildən Dost İş Mərkəzində işlə təmin edilib.
Qeyd edək ki, Zeynalov Coşqun Çingiz oğlu Vətən Müharibəsinin iştrakçısıdır. Özü 1-ci Qarabağ Müharibəsinin veteranı olan qazi atası bildirib ki, oğlunun səhhəti və sosial vəziyyəti ilə Cəlilabad rayonunda heç bir qurum maraqlanmaması barədə məlumat yayılmışdı.






