Prezident üç rayona icra başçısı TƏYİN ETDİ
Kateqoriya məlum deyil
Elgin Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamları ilə Coşqun Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin, Elxan Oqtay oğlu İbrahimov isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.






