Logo

Rusiyada “qanuni oğru” ovu - Kriminalitetlər yüksək statusa görə həbs edilir

Rusiyada “qanuni oğru” ovu - Kriminalitetlər yüksək statusa görə həbs edilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada "qanuni oğru”ların ovu davam edir.

Sfera.az  xəbər verir ki, 2020-ci ildə Rusiya Federasiyası Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra "qanuni oğru”lar faktiki olaraq bu ölkədə sərbəstliklərini itiriblər.

Söhbət krminal iyerarxiyada yüksək status daşımağa görə cəzadan gedir. Cinayət Məcəlləsinə edilən dəyişiklikdə (maddə 210) "qanuni oğru” statusu daşıyanların hətta cinayət törətməsələr belə, 10-15 il müddətinə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Ötən dövr ərzində xeyli sayda "qanuni oğru” 210-cu maddə ilə həbs edilib.

Rusiyada “qanuni oğru” ovu - Kriminalitetlər yüksək statusa görə həbs edilir

Kostya Kanski

Bu günlərdə daha bir "qanuni oğru” barəsində sözügedən maddə ilə cinayət işi başlanıb. Bu, Kostya Kanski kimi tanınan Konstantin Naybauerdir. O, 2021-ci ildə 210-cu maddə ilə ittiham olunsa da, təqsiri sübuta yetirilməyib. Yəni, ittiham tərəfi Kostya Kanskinin "qanuni oğru” olduğunu sübut edə bilməyib.

Məlumata görə, bu məsələ yenidən gündəmə gəlib və yaxın vaxtrlarda Kostya Kanskinin məhkəməsi keçiriləcək. Onun "qanuni oğru” olması sübuta yetirilsə, 10-15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Rusiyada “qanuni oğru” ovu - Kriminalitetlər yüksək statusa görə həbs edilir

Sumbat Abasov

Kosta Kanskidən başqa yezid əsilli "qanuni oğru” Sumbat Abasov (Submat Tbilisski) da 210-cu maddə ilə məhkəmə qarşısına çıxarılacaq.

(qaynarinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR