Xalq artistinə ağır itki - Oğlu vəfat etdi
Kateqoriya məlum deyil
Xalq artisti Əlibaba Məmmədovun oğlu dünyasını dəyişib.
Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, 67 yaşlı Seyran Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkirdi.
S.Məmmədov bu gün səhər saatlarında evində vəfat edib.
Xatırladaq ki, xalq artistinin qızı ötən il COVİD-19 virusundan rəhmətə getmişdi.






