Logo

Zelenski ölkədən qaçmış deputatlara 24 saat vaxt verdi: “Geri qayıtmasalar…”

Zelenski ölkədən qaçmış deputatlara 24 saat vaxt verdi: “Geri qayıtmasalar…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ukrayna prezidenti Vladimir Zelenski son günlərdə deputatları, oliqarxlar və iş adamlarının ölkəni tərk etməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Sfera.az xəbər verir ki, Dövlət başçısı onları 24 saat ərzində geri qayıtmağa çağırıb.

Bu barədə Ukrayna lideri Almaniya kansleri Olaf Şoltsla görüşün yekunlarına dair brifinqdə bildirib.

"Öz adımdan xahiş etmək istəyirəm ki, onlar 24 saat ərzində ölkəyə qayıtsınlar. Hesab edirəm ki, onlar qayıtmalıdırlar. Əks halda dövlət, rəhbərlik olaraq hamımız nəticə çıxarmalıyıq”, - deyə Zelenski bəyan edib.

Qeyd edək ki, Ukrayna mətbuatı bəzi deputatların, iş adamları, oliqarxların ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, gün ərzində onlarla təyyarə və çarter reysi ölkəni tərk edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR