Logo

Vilayət Eyvazov Kərəm Mustafayevin qardaşının yerinə onu RƏİS TƏYİN ETDİ

Vilayət Eyvazov Kərəm Mustafayevin qardaşının yerinə onu RƏİS TƏYİN ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağdaş rayonuna yeni polis rəisi təyin olunub.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Həsənalıyev Vəfalı Həsən oğlu tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə ə o, Ağdaş rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd  edək ki, Ağdaş rayon Polis Şöbəsinin sabiq rəisi polis polkovniki Rasim Mustafayev idi. O, bir müddət öncə vəzifəsindən azad olunaraq, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Onu da qeyd edək ki, Rasim Mustafayev Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır.

(lent.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR