Logo

Putin və Makron 5 saat nədən danışıb?

Putin və Makron 5 saat nədən danışıb?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib.

Sfera.az xəbər verir ki, liderlər öncə Kremlin birinci binasının nümayəndəliyində təkbətək görüşüb, daha sonra işgüzar nahar ediblər.

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, Moskva NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir, çünki bu, Rusiya üçün təhlükə yaradır.

Onun sözlərinə görə, əgər Ukrayna NATO-ya daxil olarsa və Krıma hücum edərsə, o zaman Rusiya ilə alyans arasında münaqişə yaranacaq:

"Ukraynanın doktrina sənədlərində Krımın hərbi yolla qaytarılmasının mümkün olduğu bildirilirsə, təsəvvür edin ki, Ukrayna NATO-nun üzvüdür, bu o deməkdir ki, Rusiya ilə NATO arasında hərbi qarşıdurma yaranacaq. NATO ilə döyüşməliyik? Ancaq sualın ikinci hissəsi də var: Rusiya ilə döyüşmək istəyirsinizmi? Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz? Amma belə də olacaq!”.

(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR