Pediatrdan SOS: “COVID barədə heç nəyə arxayın olmayın, peyvəndə belə”
Sfera.az xəbər verir ki, pediatr hazırda ev şəraitində müalicə olunduğunu deyib və tövsiyələrini izləyiciləri ilə paylaşıb.
- Kovid barədə heç nəyə arxayın olmayın - peyvəndə belə.
- Hər hansı klinikada omikron üçün əlavə ödəniş istəsələr etməyin. Bu sui-istifadədir. Omikron ya qeyri-omikron nəyisə dəyişmir. İlanın ağına da lənət, qarasına da.
- Əlamətlər başlayanda test pozitivdirsə, bu haqda ətrafınıza bildirin, çünki bir həftə əvvəl kimlərisə yoluxdurmuş ola bilərsiz.
- Heç nəyin mütləq təsiri yoxdu desək də, yüksək doza vitamin C və biotənzimləyici terapiyadan, antitromb vasitə istifadə edirəm.
- Özünüzə görə istəməsəz də, ətrafınıza görə yoxlamağı məsləhət görürəm. Mən pasiyentlərim və yaxınlarıma görə yoxladım.
- Evdə bir nəfərdə pozitivdirsə, digərləri üçün test etməyə gərək yoxdur.
- Evdə özünüzdə pozitiv olarsa uşaqları bir həftə, on gün məktəbə göndərməyin. Onlarda əlamətləri izləyin.
- Ən çox yoluxuculuq yuxarı tənəffüs yolları zədəli ikən baş verir.
- Öskürəyi kəsməyə, hərarəti həmən salmağa cəhd etməyin. Cəhdləriniz zərərinizə olar. Minimum bədən ağrılarına görə aktiv hərəkət etmirik və enerjimizi immunitetin mubarizəsi üçün saxlayırıq.
- Uşaqlar uçun xüsusilə antiviral (tamiflu, arbidol) təyinatı çoxalıb, lazım deyil.






