Logo

Hikmət Hacıyev: Son 30 ildə Bakı-Vaşinqton əlaqələri...

Hikmət Hacıyev: Son 30 ildə Bakı-Vaşinqton əlaqələri...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan-ABŞ əlaqələri son 30 ildə inkişaf, dostluq və tərəfdaşlıq baxımından uğurlu olub.

Sfera.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan 11 sentyabr terrorundan sonra ABŞ-ın başlatdığı mübarizədə hərbi və logistik dəstək göstərib:

"Azərbaycan son 30 ildə yaxşı dost olduğunu sübut edib. Öz növbəsində ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib".

Prezidentin köməkçisi, həmçinin Azərbaycanın ABŞ-a İraq və Əfqanıstandakı missiyalarında dəstəyini vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR