Logo

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yanvarın 27-də N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.

Sfera.az xəbər verir ki, barədə Azərbaycan Republikası Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.

İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR