1989-cu ildən vəzifə tutan daha bir sədr müavini işdən çıxarıldı
Kateqoriya məlum deyil
Dövlət Sığorta Kommersiya Şirkətinin daha bir sədr müavini vəzifəsindən azad olunub.
Sfera.az xəbər verir ki, 1989-cu ildən Dövlət Sığorta İdarəsinin sədrinin müavini vəzifəsində çalışmış Fərəcov Möhübbət Salman oğlu müvafiq əmrlə yaş həddi ilə əlaqədar işdən çıxarılaraq təqaüdə göndərilib.
Qeyd edək ki, bundan əvvəl sədrin birinci müavini Aftandil Hacıyev yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub. Aftandil Hacıyev də 1989-cu ildən Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsini tutub və ötən ay işdən azad olunub.
(qaynarinfo)






