Logo

Bakıda arvadını balta və bıçaqla öldürən şəxsin FOTOSU

Bakıda arvadını balta və bıçaqla öldürən şəxsin FOTOSU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün Əhmədli qəsəbəsində ər arvadını balta və bıçaqla qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Alıyev tutularaq istintaqa cəlb olunub.

Sfera.az  oxu.az-a istinadən sözügedən şəxsin fotosunu əldə edib.

Həmin fotonu təqdim edirik:

Bakıda arvadını balta və bıçaqla öldürən şəxsin FOTOSU

Xatırladaq ki, Xətai Rayon Prokurorluğu yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə daxil olan məlumat əsasında araşdırma aparıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Həmidə Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR