Logo

Azərbaycanda güclü partlayış: 3 nəfər xəsarət aldı

Azərbaycanda güclü partlayış: 3 nəfər xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mingəçevir şəhər Günəşli masssivində yerləşən evlərin birində güclü partlayış baş verib.

Sfera.az unikal.org-a istinadən xəbər verir ki, partlayış nəticəsində ev tamamilə yararsız hala düşüb. Həmçinin partlayışın təsiri nəticəsində ona bitişik binaya da zərər dəyib.

Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər - 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc Qənbərova, eyni zamanda qonşu binada yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR