Altı maşın toqquşdu: Ölən və yaralananlar var - FOTO
Kateqoriya məlum deyil
Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, rayonun girişində baş verən qəzada altı maşın toqquşub.
Qəza nəticəsində bir nəfər Bakı şəhər sakini Samir İskəndərov hadisə yerində ölüb. Dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
(apa)






