Logo

Erməni təmsilçi Sonadan DANIŞDI

Erməni təmsilçi Sonadan DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Uşaq Avroviziyası-2021” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Ermənistan təmsilçisi Malena yarışma sonrası təmsilçimiz Sona Əzizova ilə qucaqlaşmasından danışıb.

Sfera.az "Armenpress” nəşrinə istinadən xəbər verir ki, o, daha əvvəl Sona ilə danışmadığını, ünsiyyət qurmadıqlarını deyib.

Malena bildirib ki, Sonaya pis münasibət bəsləmir, çünki o da onun kimi bir qızdır.

Qeyd edək ki, dekabrın 19-da Parisdə keçirilən "Uşaq Avroviziyası-2021”in qalibi Ermənistan təmsilçisi Malena olub. O, 224 xalla birinci pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi Sona Əzizova isə 151 xalla 5-ci yeri tutub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR