Gürcüstana külli miqdarda pul keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanıldı - FOTO
Kateqoriya məlum deyil
Azərbaycan-Gürcüstan sərhəddində yerləşən "Qırmızı körpü” gömrük keçid məntəqəsindən Gürcüstana külli miqdarda pul keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
Sfera.az xəbər evrir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin vergi xidməti məlumat yayıb.
Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınına keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilmiş 21 milyon 680 min məbləğində rus rublu(498 min 640 manat) aşkarlanıb.
Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, Azərbaycan vətəndaşının sərhəddən keçirmək istədiyi vəsait müsadirə edilib.
Araşdırma davam etdirilir.






