Logo

“Lotu Quli”nin yaxın adamı başından güllələndi - Vəziyyəti ağırdır - FOTO/VİDEO

“Lotu Quli”nin yaxın adamı başından güllələndi - Vəziyyəti ağırdır - FOTO/VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı kəndində Türkiyədə qətlə yetirilən qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamlarından hesab olunan şəxs güllələnib.

Sfera.az xəbər verir ki, hadisə Qardabani rayonunun Qaratəhlə kəndində baş verib. Kriminal aləmdə Təhləli Canpolad kimi tanınan şəxs "Range Rover” markalı avtomobillə gedərkən ona 20-dən artıq atəş açılıb. Bu zaman avtomobildə olan kriminal avtoritet ağır yaralanıb.

Yaralı təcili tibbi yardım briqadası tərəfindən Rustavi Mərkəzi Xəstəxanasına çatdırılaraq, təcili əməliyyat olunub. Klinika xəstənin vəziyyətinin ağır olduğunu bildirir.

Hazırda Qaratəhlə kəndində hadisə yerində ekspert kriminalistlər işləyir, hücumun motivi məlum deyil. Lakin yerli sakinlər hadisənin qisas zəmnində baş verdiyini ehtimal edirlər.

Gürcüstan Daxili İşlər Nazirliyindən qeyd olunub ki, faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

(manşet.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR