Logo

Nazir Aysel Soltanovaya vəzifə verdi

Nazir Aysel Soltanovaya vəzifə verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin baş direktoruna I müavin təyin edilib.

Sfera.az xəbər verir ki, nazir Rəşad Nəbiyev bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Aysel Soltanovaya həvalə olunub. O, bundan əvvəl nazirliyə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") baş direktorunun müavini, daha əvvəl isə "Azərkosmos” ASC-nin (hazırda Kosmik Agentlikdir) Marketinq Departamentinin rəhbəri olub və sonuncu vəzifəsinə bu ilin mart ayında təyin edilib. Hələ ki, onun yerinə təyinat olmayıb.

Xatırladaq ki, "Baktelekom"un baş direktoru Nail Mərdanovdur. "Aztelekom"da isə bu vəzifəni müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR